DÜNYA


ABŞ generalı: İŞİD liderləri Mosulu tərk etməyə başlayıblar

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

ABŞ-ın liderliyi ilə İŞİD-ə qarşı koalisiyanın İraq təlim-təchiz proqramına məsul general Dave Anderson Mosulun geri alınmasına yönələn əməliyyat hazırlıqlarının sona yaxınlaşdığını bildirib.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, general Pentaqondakı KİV nümayəndələrinin Mosul əməliyyatı ilə bağlı suallarını video-konfrans yolu ilə cavablandırıb. “İŞİD liderlərinin şəhəri tərk etməyə başladıqlarını görürük. Çünki təhlükənin yaxınlaşdığını və Mosulu itirəcəklərini bilirlər”, - deyə Anderson qeyd edib.

Generalın sözlərinə görə, əməliyyatda iştirak edəcək İraq ordusunun sonuncu briqadasına üç həftəlik təlimlərin keçirilməsinə başlanılıb. İndiyədək isə əsgərlərinin sayı 600-800 arasında dəyişən 12 briqadaya təlim verilib. Mosul azad edildiyi təqdirdə şəhərin təhlükəsizliyini qorumaq üçün 30-45 min əsgər lazım gələcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.