DÜNYA


ABŞ hərbi hava qüvvələrinin zərbə qrupu Cənub Çin dənizində təlimlər keçirib

A+ A

Tokio, 7 oktyabr, AZƏRTAC

ABŞ hərbi hava qüvvələrinin “Bonhomme Richard” zərbə-desant gəmisi digər iki esmineslə birlikdə Cənub Çin dənizində sualtı qayıqların axtarılması və məhv edilməsi, hava hücumundan müdafiə və canlı qüvvələrin daşınması üzrə hərbi təlimlər keçirib. Bu barədə Kyodo agentliyi Sakit okeandakı ABŞ hərbi qüvvələrinin komandanlığına istinadən məlumat yayıb.

Məlumatda qeyd edilir ki, təlimlər Pekinin Cənub Çin dənizindəki akvatoriyanın böyük hissəsinə nəzarət etmək və bu məqsədlə süni adalar yaratmaq niyyətinə qarşı yönəlib. ABŞ komandanlığı bildirib ki, təlimlər zamanı dəniz piyadalarının əməliyyatlarına yardım edəcək zərbə-desant gəmilərində yerləşdirilmiş yeni F-35 hərbi təyyarələrinin sınaq uçuşlarına da xüsusi diqqət yetirilib. Həmin təyyarələrin gələn ilin yanvarından başlayaraq, Yamaquçi prefekturasındakı “İvakuni” hərbi bazasında yerləşdirilməsi planlaşdırılır.

“Bonhomme Richard” və digər bu tipdən olan gəmilər öz göyərtələrində onlarla helikopter, şaquli uçuş və enmə qabiliyyətinə malik hərbi təyyarələr daşımağa qadirdir.

Təlimlərdə iştirak etmiş iki esmines gəmisi 2016-cı ilin aprelindən etibarən Cənub Çin dənizində və Sakit okeanın qərb hissəsinin digər rayonlarında patrul xidməti göstərir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.