İQTİSADİYYAT
ABŞ-ın Əmtəə Fyuçerslərinin Ticarət Komissiyası: Neft müqavilələrinin sayı son 9 ilin maksimumundadır
Bakı, 22 noyabr, Nihad Budaqov, AZƏRTAC
Qlobal bazarlarda istehsalçı və istehlakçıların “Layt” markalı neftin qiyməti üzrə yuxarı istiqamətli gözləntisi neft müqavilələrinin sayının son 9 ilin maksimumuna çatmasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, buna səbəb Donald Trampın ABŞ Prezidenti seçilməsi, eləcə də Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) neft hasilatının məhdudlaşdırılması üzrə razılığa gələcəyinə dair gözləntilərin artmasının bazarlara təsir etməsidir.
Həmçinin ABŞ dolları yanvar ayından bu yana ən yüksək səviyyəyə qalxıb. Ötən həftə isə neft bazarlarındakı fəallıq son yeddi ayın maksimumuna çatıb. Bu da qiymətlərin daha çox dəyişkənlik göstərəcəyinə işarə kimi qiymətləndirilir.
ABŞ-ın Əmtəə Fyuçerslərinin Ticarət Komissiyasının (CFTC) məlumatına görə, ötən hesabat həftəsində neft müqavilələrinin sayı 1,47 milyon olmaqla 2007-ci ildən bu vaxtadək ən yüksək səviyyəyə çatıb. “Layt” neftində alım seçimlərinin əməliyyat həcmi isə həmin dövrdə rekord səviyyəyə yüksəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]