SİYASƏT


ABŞ-ın Arizona ştatı Azərbaycan ilə bir çox sahələrdə əlaqələrin inkişafında maraqlıdır

Bakı, 28 iyul, AZƏRTAC

İyulun 28-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Arizona ştatının Nümayəndələr Palatasının sədri Cavan Mesnard ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu deyib. Qeyd edilib ki, Azərbaycan ABŞ ilə əlaqələrin möhkəmləndirilməsində maraqlıdır və ölkələrimiz arasında ikitərəfli münasibətlər 25 ildir davamlı inkişaf edir. Azərbaycanın ABŞ-ın bir sıra ştatları, xüsusilə də Arizona ştatı ilə yaxın iqtisadi, siyasi münasibətləri var. Ölkəmiz beynəlxalq terrorizmə qarşı mübarizədə daim ABŞ-ın yanındadır.

Söhbət zamanı Azərbaycanın iqtisadi inkişafı, parlamentlərarası əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Milli Məclisin sədri Oqtay Əsədov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Arizona ştatının Azərbaycana verdiyi dəstəyə və Arizona Nümayəndələr Palatasında Xocalı soyqırımının tanınmasına dair bəyannamə qəbul etdiklərinə görə qonağa təşəkkürünü bildirib.

Nümayəndələr Palatasının sədri Cavan Mesnard yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Azərbaycanın qədim tarixə və mədəniyyətə malik ölkə olduğunu deyən C.Mesnard Arizona ştatının bir sıra sahələrdə, o cümlədən iqtisadi sahədə Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb. O, ölkəsinə döndükdən sonra Azərbaycandakı əlverişli investisiya mühiti barədə məlumat verəcəyini qeyd edib. Nümayəndələr Palatasının sədri ABŞ-ın yüksək texnologiyalar sahəsində çalışan şirkətlərinin Azərbaycan ilə əməkdaşlıq edəcəklərinə əminliyini vurğulayıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.