İQTİSADİYYAT


ABŞ-ın Energetika Nazirliyi neftin qiyməti ilə bağlı proqnozunu artırıb

Bakı, 7 iyun, Nihad Budaqov, AZƏRTAC

ABŞ-ın Energetika Nazirliyi neftin orta qiyməti ilə bağlı proqnozunu dəyişib.

AZƏRTAC nazirliyin hesabatına istinadla xəbər verir ki, bu il “Layt” markalı xam neftin bir barrelinin orta qiyməti 50,78 dollar olacaq. “Brent” markalı xam neftin orta qiyməti isə cari ildə 52,69 dollar/barrel təşkil edəcək.

Nazirlik əvvəlki hesabatında “Layt”ın orta qiymətinin 50,77 dollar/barrel, “Brent” neftinin qiymətinin isə 52,60 dollar/barrel olacağını proqnozlaşdırmışdı.

ABŞ-ın Energetika Nazirliyi 2018-ci ildə “Layt” və “Brent” markalı xam neftin orta qiyməti üzrə proqnozunu 1,49 dollar/barrel azaldaraq müvafiq olaraq 53,61 və 55,61 dollar/barrelə endirib.

Nazirlik 2018-ci il ABŞ-da gündəlik neft hasilatı üzrə proqnozunu 50 min barrel artıraraq 10,01 milyon barrelə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.