DÜNYA


ABŞ-ın Enerji İnformasiya Administrasiyası: 2040-cı ilədək neftin qiyməti 130 dollar olacaq

A+ A

Bakı, 17 sentyabr, Nihad Budaqov, AZƏRTAC

ABŞ 2040-cı ilədək neftin qiymətinin 130 dollar/barrelə çatacağını proqnozlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Bildirilir ki, ölkənin neft hasilatı 2017-ci ildə gündəlik 8,6 milyon barrelə enəcək. Daha sonra isə 2040-cı ilədək gündəlik hasilat 11,3 milyon barrelə yüksələcək. Buna səbəb neftin qiymətinin cari 50 dollar/barrel səviyyəsindən 130 dollar/barrelə yüksəlməsi olacaq.

EIA bu il neftin orta qiymətinin 36 dollar/barrel olacağını nəzərdə tutur. 2040-cı ilədək ABŞ-ın şelf sahələrindən neft hasilatının isə gündəlik 1,6 milyon barrelə çatacağı proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.