İQTİSADİYYAT
ABŞ-ın Enerji İnformasiya Administrasiyası: OPEC ölkələrindən neft idxalı artıb
Bakı, 28 oktyabr, Nihad Budaqov, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrdən neft idxalının həcmi bu ilin ilk yeddi ayı ərzində gündəlik orta hesabla 3,422 milyon barrel təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Bildirilir ki, cari ilin ilk yeddi ayında neft idxalının aylıq statistikasına görə ən aşağı səviyyə yanvar ayında - sutkada 3,052 milyon barrel təşkil edib. Neft idxalında ən yüksək həcm isə iyul ayında – gündəlik 3,803 milyon barrel qeydə alınıb. 2015-ci ildə ən yüksək göstərici sutkada orta hesabla 2,894 milyon barrel, 2014-cü ildə gündəlik 3,237 milyon barrel olub.
OPEC ölkələrindən neft idxalı 2015-ci ilin ilk yeddi ayında orta hesabla sutkada 2,826 milyon barrel, 2014-cü ildə gündəlik 3,431 milyon barrel təşkil edib.
Dünya Bankı isə bu il dünyada neftə olan tələbatın gündəlik 1,2 milyon barrel (1,3 faiz) artaraq sutkada orta hesabla 96,3 milyon barrel olacağını proqnozlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]