İQTİSADİYYAT


ABŞ-ın Enerji İnformasiya Administrasiyası: Qlobal neft istehlakı artacaq

Bakı, 7 iyun, Nihad Budaqov, AZƏRTAC

Bu il neft və digər maye yanacaqların qlobal istehlakı sutkada 98,46 milyon barrel olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Bildirilir ki, 2018-ci ildə isə qlobal istehlak gündəlik 100,08 milyon barrel təşkil edəcək.

Mayda neft və digər maye yanacaqların qlobal istehlakı sutkada 98,3 milyon barrel olub, 2018-cu ilin müvafiq ayında isə bu göstərici gündəlik 99,93 milyon barrel olacaq.

Neft və digər maye yanacaqların qlobal istehlakı 2016-cı ildə sutkada 96,92 milyon barrel təşkil edib.

EIA-nın proqnozuna görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olmayan ölkələrdə maye yanacaq istehlakı 2016-cı ildə sutkada 50,07 milyon barrel olub. Həmin ölkələrdə maye yanacaq istehlakı bu il sutkada 51,32 milyon barrelə, 2018-ci ildə isə gündəlik 52,58 milyon barrelə çatacaq.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrdə isə maye yanacaq istehlakı 2016-cı ildə sutkada 46,85 milyon barrel təşkil edib. Cari ildə OECD üzrə maye yanacaq istehlakı sutkada 47,14 milyon barrel və 2018-ci ildə isə gündəlik 47,5 milyon barrel olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.