İQTİSADİYYAT
ABŞ-ın Enerji İnformasiya Administrasiyası neftin qiymətinə dair proqnozunu dəyişib
Bakı, 10 may, Nihad Budaqov, AZƏRTAC
ABŞ-ın Enerji İnformasiya Administrasiyası “Layt” və “Brent” markalı xam neft növlərinin orta qiyməti ilə bağlı bu il üçün proqnozunu aşağı salıb.
AZƏRTAC xəbər verir ki, bu barədə EIA-nın hesabatında bildirilir. Qeyd edilir ki, qlobal xam neft ehtiyatları çoxluq təşkil edir, neftin qiyməti isə ötən cümə axşamı günü son 5 ayın ən aşağı səviyyəsinə geriləyib. Bu səbəbdən EIA 2017-ci ilə dair neftin qiyməti ilə bağlı proqnozunu hər barrelə görə 1 dollar aşağı salıb.
Belə ki, ABŞ-ın Enerji İnformasiya Administrasiyası “Layt” markalı xam neftin bir barrelinin orta qiymətinin bu il 51 dollar, “Brent” neftinin qiymətinin isə 53 dollar səviyyəsində olacağını proqnozlaşdırır.
EIA ötən hesabatında “Layt”ın builki orta qiymətinin 52 dollar\barrel, “Brent”in 54 dollar\barrel olacağını nəzərdə tuturdu.
ABŞ-ın Enerji İnformasiya Administrasiyası gələn il “Layt” markalı neftin bir barrelinin orta qiymətinin 55 dollar, “Brent” neftinin qiymətinin isə 57 dollar olacağını gözləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]