İQTİSADİYYAT


ABŞ-ın Enerji İnformasiya Administrasiyası neftin qiymətinə dair proqnozunu dəyişməyib

Bakı, 9 iyun, Nihad Budaqov, AZƏRTAC 

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) bu il üzrə neftin qiyməti ilə bağlı proqnozunu dəyişməyib.

AZƏRTAC EIA-nın aylıq hesabatına istinadla xəbər verir ki, “Layt” markalı xam neftin qiyməti bu il orta hesabla 51 dollar/barrel olacaq. “Brent” neftinin bir barrelinin orta qiymətinin isə 53 dollar səviyyəsində olacağı nəzərdə tutulur.

EIA “Layt” və “Brent”in 2018-ci il üzrə qiymət proqnozunu isə 1 dollar/barrel azaldıb. Belə ki, administrasiya “Layt”ın qiymətinin gələn il 54 dollar/barrel, “Brent” neftinin qiymətinin isə 56 dollar/barrel olacağını təxmin edir.

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) mayın 25-də keçirilən iclasında kartelə üzv ölkələrin və Rusiyanın xam neft istehsalının azaldılmasının davam etdirilməsi barədə qərarı qəbul etdikləri qeyd edilən hesabatda bu qərarın həftələr öncə qlobal neft bazarı tərəfindən qiymətləndirildiyi bildirilib. Hesabatda investorlar tərəfindən neft hasilatının azaldılması həcminin çox və buna dair sazişin müddətinin daha uzun olacağı gözlədiyi qeyd edilib. Bu olmadığı üçün iclas günü neftin qiyməti 5 faiz ucuzlaşıb.

Digər tərəfdən OPEC və Rusiyanın apardığı neft hasilatının azaldılması təşəbbüsünə baxmayaraq ABŞ və Braziliyada neft istehsalı artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.