SİYASƏT
ABŞ-ın “Jewish Journal” qəzeti Azərbaycandakı tolerantlıqdan yazır
Müəllif məqalədə Azərbaycanda yüksək səviyyəli tolerantlığın mövcud olduğunu yazır. Qeyd edir ki, Azərbaycanda bütün xalqların nümayəndələrinə diqqət və qayğı göstərilir. Məsələn, 2500 ildən artıqdır Azərbaycanda yaşayan yəhudilər hər zaman özlərinə qarşı yalnız hörmət görüblər. M.Diamond İsrail sərhədləri xaricində dünyanın ən böyük yəhudi qəsəbələrindən biri olan Qırmızı Qəsəbənin Azərbaycanda yerləşdiyini, yəhudilərin sinaqoqlarda azad şəkildə ibadət etdiklərini və 300–dən çox yəhudi uşağının Bakıda inşa edilmiş müasir yəhudi məktəbində təhsil aldığını vurğulayır, bunun tolerantlığın yaxşı bir nümunəsi olduğunu qeyd edir. Yazıda Azərbaycanın tolerantlıq və dinc yanaşı yaşama modeli kimi dünyaya işıq saçdığı vurğulanır.
Müəllif məqalədə bu yaxınlarda Los Ancelesdən olan 11 yəhudi din xadimi ilə birgə Azərbaycanın bu şəhərdəki baş konsulu Nəsimi Ağayev ilə görüşündən də bəhs edir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton