ELM VƏ TEXNOLOGİYA


ABŞ-ın Konqres Kitabxanası AMEA-nın Mərkəzi Elmi Kitabxanasına multikulturalizmlə bağlı növbəti kitabı hədiyyə edib

A+ A

Bakı, 23 avqust, AZƏRTAC

Beynəlxalq kitab mübadiləsi çərçivəsində ABŞ-ın Konqres kitabxanası Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) növbəti kitabı hədiyyə edib.

Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, Amerikanın Katolik Universitetinin dinşünaslıq üzrə professoru Antonoi Lopezin və İspaniyanın Eklesiastika San Damaso Universitetinin sistematik dinşünaslıq üzrə professoru Xavier Pradesin həmmüəllifləri olduqları kitabda liberal cəmiyyət çərçivəsində müxtəlif mədəniyyətlərin mövcud olduğu şəraitdə Qərb multikulturalizminin fəlsəfi, hüquqi və dini kökləri tədqiq edilir.

Hazırda ölkəmizdə multikulturalizmin geniş təbliğ olunduğunu nəzərə alaraq, bu kitab oxucularımız üçün faydalı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.