ELM VƏ TEXNOLOGİYA


ABŞ-ın Konqres Kitabxanası tərəfindən AMEA-nın Mərkəzi Elmi Kitabxanasına multikulturalizmlə bağlı kitab hədiyyə edilib

A+ A

Bakı, 18 avqust, AZƏRTAC

Beynəlxalq kitab mübadiləsi çərçivəsində ABŞ-ın Konqres Kitabxanası tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına Almaniyanın Humboldt Universitetinin Afrika tarixi üzrə tədqiqatçısı Julia Tisçlerin multikulturalizmdən bəhs edən kitabı hədiyyə olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, kitabda 1950-ci illərin sonlarında Afrikada o dövr üçün ən məşhur layihələrdən biri hesab edilən, bugünkü Zambiya və Zimbabve arasındakı Zambezi çayı üzərində “Kariba” su anbarının tikintisində iştirak etmiş müxtəlif irqə, mədəniyyətə mənsub millətlərin birgə fəaliyyəti və yaşayışı təsvir edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.