REGİONLAR


ABŞ-ın “Matuto” musiqi qrupu Gəncədə

A+ A

Gəncə, 30 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

“Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi və Türk Şurasının Gənclər Festivalı çərçivəsində şəhərin “Gəncəçay” park–bulvar kompleksində ABŞ-ın “Matuto” musiqi qrupunun konserti olub.

AZƏRTAC xəbər verir ki, Amerika cənubi xalq musiqisi ənənələrini və Braziliya rəqs musiqisinin caz ritmlərini özündə birləşdirən qrup musiqisevərlər üçün canlı və coşqun mikslər nümayiş etdirib, tamaşaçıları rəqsə dəvət edib.

Birləşmiş Ştatların ölkəmizdəki səfirliyinin ictimai diplomatiya üzrə müşaviri Emi Piterson bildirib ki, səfirliyin dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq çıxış edən musiqi qrupunun səfəri xalqlarımız arasında mədəniyyətlərarası anlaşmanın güclənməsinə töhfə verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.