DÜNYA


ABŞ-ın Nevada ştatında təbii yanğınlar 22 evi məhv edib

A+ A

Bakı, 15 oktyabr, AZƏRTAC

ABŞ-ın Nevada ştatında yerləşən Taxo gölü rayonunda nəzarətdən çıxan təbii yanğınlar 22 evi məhv edib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda 360 yanğınsöndürən alovla mübarizə aparır. Yanğının baş vermə səbəbləri araşdırılır.

Ştatın bəzi bölgələrində əhali təxliyə olunur. Nevadanın qubernatoru Brayan Sandoval fövqəladə vəziyyət rejiminin elan olunduğunu bildirib.

Hadisə nəticəsində həlak olan və ya yaralananlar barədə məlumat verilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.