DÜNYA


ABŞ-ın Polsboro şəhərciyinin meri yanan binadan qızı xilas edib

Bakı, 12 yanvar, AZƏRTAC

ABŞ-ın Nyu-Cersi ştatında yerləşən şəhərciyin meri yanğınsöndürənlər gələnə qədər yanan binadan qızı xilas edib. Bu barədə NBC telekanalı məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, insident əhalisinin sayı 6 min nəfər olan Polsboro şəhərciyində baş verib. Şəhərciyin meri Heri Stivenson dəfn mərasimindən piyada evinə qayıdırmış. Keçmişdə yanğınsöndürən işləyən Stivenson yanan evi gördükdə xilasedicilərin gəlməsini gözləmədən özünü oda ataraq, yatan qız uşağını binadan çıxarıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər alovu söndürüb. Yanğın nəticəsində heç kim xəsarət almayıb.

“Mən özümü əsla qəhrəman hesab etmirəm. Mən mer postunda işləyən adi vətəndaşam”, - deyə Stivenson bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.