ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Yaponiyada səfərdədir
Tokio, 11 dekabr, AZƏRTAC
ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Yaponiya rəsmiləri ilə danışıqlar aparmaq üçün Tokioda səfərdədir.
AZƏRTAC xəbər verir ki, dekabrın 11-də Tokio yaxınlığındakı Narita aeroportunda Cozef Yun NHK telekanalına müsahibə verib. C.Yun bildirib ki, o həmkarları ilə görüşmək üçün bir neçə gün Yaponiyada olacaq. Görüşlərdə o, Yaponiya tərəfi ilə Şimali Koreya məsələsini müzakirə edəcəyini deyib.
Bununla yanaşı, C.Yun ABŞ KİV-lərindən birinin Pxenyanla mümkün dialoqla bağlı yaydığı xəbər barədə heç nə deməyib.
“Vaşinqton post” qəzetinin ABŞ Dövlət Departamentinin Şimali Koreya üzrə yüksək səviyyəli nümayəndəsinə istinadla ötən ay yaydığı xəbərə görə, Şimali Koreya 60 gün müddətində nüvə və raket sınaqlarını dayandırdığı təqdirdə Vaşinqton Pxenyanla birbaşa danışıqlara başlaya bilər.
C.Yunun dekabrın 13-də Yaponiyadan Tailanda yola düşəcəyi bildirilir. Tailandda onun ötən ay qitələrarası ballistik raket sınağı keçirmiş Şimali Koreyanın hərəkətlərini müzakirə edəcəyi gözlənilir.
Dövlət Departamenti yaydığı bəyanatda ABŞ hökumətinin Yaponiya və Tailandla birlikdə çalışaraq Şimali Koreyanı danışıqlar stoluna qaytarmaq barədə niyyətini açıqlayıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.09.2026 [23:00]
Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub
- 19.09.2026 [22:54]
Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər
- 19.09.2026 [22:22]
Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram
- 19.09.2026 [21:39]
“Mançester Yunayted”in milyarder sahibi: Böyük Britaniyaya inamımı itirmişəm
- 19.09.2026 [21:27]
Leysan yağışları Batumidə həyatı iflic edib
- 19.09.2026 [21:25]
Gürcüstanın dövlət xarici borcu 9 milyard dolları ötüb
- 19.09.2026 [16:49]
Münxendə 191-ci Oktoberfest start götürüb
Sürücülərin nəzərinə
- [21:16]
Bu saata olan əsas xəbərlər
- [20:00]
Dörd yaşında yarımçıq qalan ömür
- [12:08]
Bu saata olan əsas xəbərlər
- [12:00]