DÜNYA


ABŞ-ın Ukraynadakı yeni səfiri rəsmən təsdiqlənib

A+ A

Kiyev, 15 iyul, AZƏRTAC

Mari Yovanoviç ABŞ-ın Ukraynadakı yeni səfiri təyin edilib. AZƏRTAC Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, müvafiq qərarı bir gün əvvəl ABŞ Senatı qəbul edib.

Mari Yovanoviç əvvəllər ABŞ-ın Ermənistanda və Qırğızıstanda səfiri işləyib, 2000-ci illərin əvvəlində isə ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili olub. O, Kiyevdə ABŞ-ı Yunanıstanda təmsil edəcək Cefri Payyeti əvəzləyəcək.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.