ABŞ-ın Vaşinqton ştatında sürət qatarı relsdən çıxıb
Bakı, 18 dekabr, AZƏRTAC
ABŞ-ın Vaşinqton ştatında sürət qatarı körpü üzərində relsdən çıxıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Amtrak kompaniyasının və yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə nəticəsində zərərçəkənlər var. Pers dairəsinin nəqliyyat rəhbərliyinin Tvitterdə yerləşdirdiyi fotoşəkillərdə qatarın sonuncu vaqonunun relsdən çıxdığı görünür. Həmçinin dairə şerifi də qəza nəticəsində zərərçəkənlərin olduğunu bildirib, lakin onların sayını açıqlamayıb.
Qəzaya uğrayan qatarın Sietl və Portlend marşrutu üzrə hərəkət etdiyi bildirilir.
Bəzi KİV-lər qəzanın çoxsaylı insan tələfatı ilə nəticələnə biləcəyi barədə məlumat yayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [15:12]
Gürcüstanda daha bir müxalifət partiyası ləğv oluna bilər
- 15.09.2026 [15:08]
Ümumdünya Şahmat Olimpiadasının məşəlinin estafeti Özbəkistana ötürülüb
- 15.09.2026 [14:25]
İsrail ordusu “Hizbullah”a məxsus 32 raketi məhv edib
- 15.09.2026 [13:32]
Mərmərə dənizində batan gəminin kapitanının cəsədi tapılıb
- 15.09.2026 [12:59]
Gürcüstanın xarici ticarət dövriyyəsi 17 milyard dolları ötüb
- 15.09.2026 [12:36]
Konqoda Ebola virusuna yoluxanların sayı 7200-ü ötüb
- 15.09.2026 [12:35]