SİYASƏT


ABŞ-ın Yuta Ştat Senatı Respublika Günü ilə əlaqədar təbrik bəyannaməsi qəbul edib

Bakı, 29 may, AZƏRTAC

ABŞ-ın Yuta ştatının senatoru Cin Deyvisin təşəbbüsü ilə Yuta Ştat Senatı Azərbaycanın Respublika Günü ilə əlaqədar təbrik bəyannaməsi qəbul edib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, bəyannamədə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin təsis edildiyi bildirilir, müstəqillik yolunda tarixi addımların atıldığı qeyd olunur.

Vurğulanır ki, Azərbaycanda mövcud olan milli-mədəni və dini müxtəliflik sülh və əmin-amanlıq içərisində yaşamaq istəyən bütün xalqlar üçün nümunə təşkil edir. Həmçinin Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi, bu müddət ərzində ABŞ ilə yaxın əməkdaşlıq münasibətləri qurduğu diqqətə çatdırılır.

Sənədin sonunda Xalq Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.