Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

ABŞ-ın aparıcı universitetində Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü ilə bağlı konfrans keçirilib VİDEO

Vaşinqton, 20 oktyabr, AZƏRTAC 

Oktyabrın 19-da ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun və Azərbaycanın bu ölkədəki səfirliyinin birgə təşkilatçılığı ilə dövlət müstəqilliyimizin 25-ci ildönümünə həsr olunmuş “Azərbaycan və Qafqaz – irəliyə baxış” mövzusunda konfrans keçirilib.

Tədbirdə ABŞ-ın dövlət qurumlarının, düşüncə mərkəzlərinin, diplomatik korpusun, media və çoxsaylı ictimaiyyətin nümayəndələri iştirak ediblər. Konfransın moderatoru qeyd edilən institutun direktoru, region üzrə tanınmış ekspert Svante Kornell olub.

Yüzdən artıq auditoriyası olan tədbirdə çıxış edən səfir Elin Süleymanov Azərbaycanın müstəqillik illərində qazandığı uğur və nailiyyətlər barədə geniş məlumat verib. O, Azərbaycanda müstəqillik illəri zamanı iqtisadi, sosial və dövlət quruculuğu sahələrində əldə olunan möhtəşəm nailiyyətləri vurğulayaraq, bunun Azərbaycanın ümummilli lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti ilə bağlı olduğunu vurğulayıb. Hazırda həmin siyasətin uğurla davam etdirildiyini qeyd edən səfir Azərbaycanın bütün sahələrdə regionun liderləri sırasında olduğunu bildirib. Diplomat regionda həyata keçirilən, uğurlu olduğunu sübut edən və bununla da bütün region ölkələrinin iqtisadi rifahına və daha yaxın əməkdaşlığına imkan yaradan və Qara dəniz, Aralıq dənizi, Egey dənizi, Adriatik dənizi coğrafiyalarına yol açan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, “Cənub Qaz Dəhlizi” kimi irimiqyaslı layihələrdən söhbət açıb.

Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanındığını qeyd edən E.Süleymanov bunun Azərbaycanın razılaşmalara sadiqliyindən irəli gəldiyini vurğulayıb. Səfir buna bariz nümunə kimi enerji sahəsində 20 ildən çox müddət ərzində beynəlxalq şirkətlərlə əldə edilmiş “Hasilatın Pay Bölgüsü” razılaşmalarının dəyişilməz qaldığını göstərib.

Səfir Şərqdə ilk müsəlman demokratik respublikasının davamçısı kimi Azərbaycanın ənənəvi olaraq müxtəlif millət və mədəniyyətlərin qovuşduğu bir məkan olduğunu, hazırda ölkə rəhbərliyinin bu ənənəyə sadiq qaldığını bildirib. Dünyada radikalizmin və dözümsüzlüyün baş qaldırdığı bir zamanda Azərbaycanın dünya miqyaslı mədəniyyətlərarası forumların təşəbbüskarı olduğunu və aparıcı qüvvəsinə çevrildiyini deyib. Bunun Azərbaycanın tarixindən qaynaqlandığını və dövlətimizin başçısı İlham Əliyevin şəxsi təşəbbüsü ilə həyata keçirildiyini vurğulayıb.

Müzakirələr zamanı səfir E.Süleymanov iştirakçıların qaldırdığı çoxsaylı suallara cavab verib. Aparılan canlı müzakirələr iştirakçıların Azərbaycana və onun apardığı siyasətə dair böyük marağının olduğunu göstərib.

Nəqliyyat barədə suala cavabda səfir E.Süleymanov Azərbaycanın beynəlxalq əhəmiyyətli iri infrastruktur layihələri həyata keçirdiyini, müasir İpək Yolunun canlanması üçün bir sıra ölkələrlə, o cümlədən Çinlə əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

O bildirib ki, Azərbaycanın AZAL və Silkway şirkətləri müasir təyyarə donanmasına sahibdir, onlar dünyanın bir sıra ölkələrinə, o cümlədən ABŞ-ın Nyu-York və Çikaqo şəhərlərinə sərnişin və yükdaşıma uçuşları həyata keçirməklə Azərbaycanı hava limanı mərkəzinə çevirməkdədir.

Qaldırılan suallar arasında erməni diplomatı tərəfindən verilən təxribat xarakterli suala cavab olaraq səfir E.Süleymanov ölkəmizin hər zaman olduğu kimi Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həll olunmasının tərəfdarı olduğunu vurğulayıb. Münaqişənin həllinin masa üzərində olduğunu vurğulayan səfir hazırkı status-kvonun dəyişməsinin və öz doğma yurdlarından didərgin düşmüş azərbaycanlıların işğal olunmuş ərazilərə qayıtmasının və bu ərazilərdə erməni və azərbaycanlı icmaların birgə yaşayışa öyrəşməsinin ilk addım olduğunu bildirib. Bundan daha çox Ermənistan xalqının bəhrələnəcəyini deyən səfir bunun işğalçı ölkəyə hazırkı acınacaqlı durumdan çıxmaq imkanı yaradacağını vurğulayıb. İrəli sürülən təkliflərin mükəmməl olmadığını, lakin bunlara alternativin nə olduğu sualını verən E.Süleymanov rəsmi Yerevanın sülh prosesinə zərər vurmaqla əslində öz müstəqilliyinə xələl gətirdiyini qeyd edib.

Azərbaycana qarşı ifrat qərəzi ilə tanınan “Freedom House” təşkilatının keçmiş direktoru David Kramerin sualına cavab verən səfir D.Kramerin uzun zamandan bəri səsləndirdiyi bu ritorikanın bolşevik dövrünün propaqandasına bənzədiyini deyib. Eyni zamanda, bütün cəmiyyətlərdə, o cümlədən ABŞ-da da olduğu və son seçki kampaniyasının göstərdiyi kimi, Azərbaycan cəmiyyətinin də öz çağırış və çətinlikləri var. Son illərin göstərdiyi kimi Azərbaycan həmin çağırışların tədricən və uğurla öhdəsindən gəlməkdədir. Azərbaycan demokratik, inklüziv cəmiyyətin inkişafını təmin edir. Səfir, həmçinin Azərbaycanın öz tərəfdaşları ilə hər zaman səmimi, obyektiv və konstruktiv dialoqa hazır olduğunu vurğulayıb.

Bundan başqa, iştirakçılar tərəfindən Rusiya ilə Türkiyə arasında “Türk axını”nın Azərbaycanın layihələrinə təsiri, habelə Rusiya-ABŞ arasındakı gərginliyin regiona mümkün təsiri barədə sual veriblər. “Türk axını”nın Azərbaycan layihələrinə təsir etmədiyini söyləyən səfir E.Süleymanov regional sabitlik üçün Rusiya ilə Türkiyə arasında işlək münasibətlərin vacibliyini önə çəkib. İkinci suala dair E.Süleymanov bildirib ki, Rusiya ilə ABŞ arasındakı gərginlik regiona mənfi təsir göstərə bilər. Bu iki dövlət arasında əməkdaşlığın sabitləşməsi ümumi marağa xidmət edər.

Həmçinin konfrans çərçivəsində iştirakçılara Azərbaycanın milli mətbəxinin nümunələrindən ibarət ziyafət verilib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

ABŞ-ın aparıcı universitetində Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü ilə bağlı konfrans keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 mindən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib

Azərbaycanın bu ilin birinci rübündə ən çox neft ixrac etdiyi ölkə İtaliyadır

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib

Daha beş qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

® “Kapital Bank” 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib

Yaşar Gülər: Türkiyə dünyada təhlükəsizlik, sülh və sabitliyə ciddi töhfə verir

ACE platformasından neft hasilatına başlanılıb

Azərbaycan klubları Superkubok oyununun bərpa olunmasını istəyir - ARAŞDIRMA

Azərbaycan “ACWA Power” şirkəti ilə quruda və dənizdə külək enerjisi layihələrini müzakirə edib

Naxçıvan şəhərində evdə baş verən yanğın söndürülüb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb

FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib

Nazir: Qarabağ Universitetinə proqram rəhbərləri seçilib, əlavə vakant yerlər də açılacaq – EKSKLÜZİV

Daşkənd şəhəri MDB-nin gənclər paytaxtı oldu

NDU-nun kafedra müdiri: Naxçıvanda fiziki məhdudiyyətli uşaqların sayı azalıb

Cari ilin birinci rübündə ixrac edilən xam neft və neft məhsullarının dəyəri açıqlanıb

Emin Əmrullayev: Dünya universitetlərinin reytinq siyahısında yer almaq üçün ixtisaslaşma vacib rol oynayır

Yunanıstanda Paris Olimpiya Oyunlarının məşəli alovlandırılıb

Birinci rübdə neft koksunun ixracı 7 faizdən çox azalıb

Azərbaycanda Türkiyənin Sığorta Birliyinə bənzər təşkilatın yaradılması nəzərdə tutulur

Məleykə Abbaszadə: Yüksək bal toplayanların çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək səhvdir - EKSKLÜZİV

“İnfraqırmızı spektroskopiyanın üzvi və qeyri-üzvi birləşmələrə tətbiqi” kitabının VI cildi nəşr olunub

Məhkumluqdan azad olunmasına üç ay qalmış bir qrup şəxsin qiymətləndirilməsi aparılıb

Taksford At Muzeyi onilliyini qeyd edir

Si Cinpin Ukrayna böhranının həlli üçün dörd prinsip təklif edib

Naxçıvanqalanın bərpası zamanı yol verilmiş nöqsanlar səbəbindən ön divarlarından biri uçub

Şərurun Kərimbəyli kəndində yanğın baş verib VİDEO

Energetika naziri: Azərbaycan yaşıl hidrogen üzrə də Aİ üçün etibarlı tədarükçü olacaq

Azərbaycan Premyer Liqasında daha iki turun oyun cədvəli açıqlanıb

“Tesla” 14 min əməkdaşını ixtisar etməyi planlaşdırır

Kopenhagendə birja binasında yanğın baş verib

Tovuzda 23 yaşlı gənc bıçaqlanıb VİDEO