DÜNYA
ABŞ-ın aviasiya zərbəsi azı 3 əfqan polisinin həyatına son qoyub
Bakı, 10 iyun, AZƏRTAC
Əfqanıstanda ABŞ Hərbi Hava Qüvvələrinin aviasiya zərbəsi nəticəsində azı 3 nəfər yerli polis əməkdaşı həyatını itirib, 2 nəfər isə yaralanıb.
AZƏRTAC Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, Kabil şəhərindəki ABŞ komandanlığının məlumatına əsasən, hava zərbələri Əfqanıstanın cənubundakı Hilmənd əyalətində keçirilən əməliyyat çərçivəsində endirilib.
Əfqanıstan və ABŞ-ın hökumət orqanları insidentin təhqiqatına başlayıb.
Xatırladaq ki, 2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində hücumları davam etdirir. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]