DÜNYA
ABŞ-ın baş prokuroru: FİFA funksionerləri 10 milyard dollardan çox rüşvət alıblar
Bakı, 28 may, AZƏRTAC
FİFA funksionerləri 19 il ərzində 10 milyard dollardan çox rüşvət alıblar.
AZƏRTAC xarici KİV-lərə istinadən bildirir ki, bu sözləri ABŞ-ın baş prokuroru Loretta Linç deyib. L.Linç qeyd edib ki, uzun sürən istintaqdan sonra FİFA-nın bir sıra yüksək vəzifəli şəxsləri Sürixdə həbs ediliblər. Onun sözlərinə görə, həmin şəxslər, həmçinin çirkli pulların yuyulmasında, dələduzluqda ittiham edilirlər.
ABŞ-ın baş prokuroru deyib: “Bu şəxslər futbol oyunlarının ədalətli keçirilməsində məsuliyyətli idilər. Əvəzində isə onlar vəzifələrindən zənginləşmək üçün istifadə ediblər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
Almaniyada əsgər çatışmır
- [16:32]
BDU-da “Türk otağı” açılıb
- [16:13]
Xocalı al lalələrlə bəzənib FOTO
- [15:39]