SİYASƏT


ABŞ-ın dövlət katibi Reks Tillersonun  Respublika Günü münasibətilə təbriki

ABŞ-ın dövlət katibi Reks Tillerson Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir:

“Respublika Günü münasibətilə Azərbaycan xalqını Amerika xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Birləşmiş Ştatlar ilə Azərbaycan enerji və təhlükəsizlik məsələlərində əməkdaşlıq, həmçinin demokratik prinsiplərə dair dialoq əsasında uzun illər ərzində qurulmuş güclü tərəfdaşlığa malikdir. Mən, eyni zamanda, Ramazan ayının başlaması, müsəlman aləmində ilk parlamentli respublikanın qurulmasının 99 illiyi münasibətilə zəngin tarixi olan Azərbaycanı təbrik edirəm. O vaxt olduğu kimi, indi də arzularınız var və onların reallaşması üçün çox iş görmüsünüz. Birləşmiş Ştatlar xalqın fundamental azadlıqlarına hörmətlə yanaşan, daha təhlükəsiz və firavan dövlət yaratmaq səylərini dəstəkləyir. Biz, həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına sadiq qalırıq.

Amerika Birləşmiş Ştatları gələcək illərdə Azərbaycan ilə əlaqələrin bütün sahələrində əməkdaşlığı daha da genişləndirmək niyyətindədir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.