İQTİSADİYYAT


ABŞ-ın energetika naziri Natiq Əliyevi qlobal enerji məsələlərinin həllində birgə iştiraka dəvət edib

Bakı, 16 may, AZƏRTAC

ABŞ-ın energetika naziri Rik Perri Natiq Əliyevi qlobal enerji məsələlərinin həllində birgə iştiraka dəvət edib.

Azərbaycanın Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ABŞ-ın energetika naziri Rik Perri energetika naziri Natiq Əliyevə məktub ünvanlayıb. R.Perri ABŞ-ın energetika naziri vəzifəsinə təsdiq olunması münasibətilə N.Əliyevin səmimi təbrikini yüksək qiymətləndirərək ona təşəkkürünü çatdırıb. ABŞ-ın energetika naziri Dövlət Departamentinin missiyasına uyğun olaraq, qlobal enerji məsələləri ilə bağlı birgə işləmək və nailiyyətlər əldə etmək məqsədilə mümkün imkanları dəyərləndirməkdə maraqlı olduğunu bildirib: “Sizin dəstəyinizi yüksək qiymətləndirirəm və qarşılıqlı əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi üçün sizinlə görüşmək niyyətindəyəm. Milli və qlobal enerji məsələləri ilə bağlı çağırışlara diqqət yönəlməsi bu gün çox mühümdür və mən bu məsələlər barədə sizinlə müzakirələr aparmağı səbirsizliklə gözləyirəm”, deyə energetika naziri R.Perrinin məktubunda qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.