DÜNYA


ABŞ-ın enerji nəhənglərindən olan “Halliburton”un xalis mənfəəti artıb

A+ A

Bakı, 20 oktyabr, Nihad Budaqov, AZƏRTAC

Bu ilin üçüncü rübündə ABŞ-ın enerji nəhənglərindən olan “Halliburton” şirkətinin xalis mənfəəti artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir. Şərhə görə, ilin üçüncü rübündə şirkətin xalis mənfəəti 7 milyon dollar olub.

Şirkətin bu ilin üçüncü rübündəki gəliri isə 0,3 faiz azalaraq 3,83 milyard dollar olub. “Halliburton” ötən ilin iyul-sentyabr aylarında 3,84 milyard dollar gəlir əldə etmişdi.

“Halliburton” idarə heyətinin sədri Dave Lesar neftin qiymətinin ucuzlaşmasına baxmayaraq şirkətin Şimali Amerikadakı əməliyyatlarında məhsuldarlığın artdığını qeyd edib.

“Şimali Amerikadakı layihələrimiz 9 faiz daha çox gəlir gətirib. Neftin qiyməti bahalaşarsa qazma quyularının sayını artıracağıq”, - deyə o əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.