DÜNYA


ABŞ-ın hava limanlarında və ticarət mərkəzlərində geyim satışı üzrə avtomatlar quraşdırılacaq

Bakı, 8 avqust, AZƏRTAC

"Uniqlo" geyim mağazaları şəbəkəsi ABŞ-ın hava limanlarında və ticarət-əyləncə mərkəzlərində ticarət avtomatları vasitəsilə ən populyar malları satmaq niyyətindədir.

AZƏRTAC psm7.com saytına istinadla xəbər verir ki, ilk satış avtomatı Oklenda beynəlxalq hava limanında quraşdırılıb. Avtomatdan sensor ekranın köməyi ilə istifadə etmək olar.

Hazırda satış avtomatından müxtəlif rəng və ölçülərdə köynəklər almaq mümkündür. Gələcəkdə geyimlərin çeşidinin artırılması planlaşdırılır. Geyimlər avtomatın daxilindəki qutularda və ya metal bankalarda saxlanılır. Ödəniş kartladır. Geyimin ölçüsü uyğun gəlməzsə, onu adi "Uniqlo" mağazasında və ya poçtla geri qaytarmaq mümkündür.

Yaxın iki ay ərzində daha 9 belə avtomat Hyuston hava limanında və Los Anceles və Nyu-Yorkun iri ticarət mərkəzlərində quraşdırılacaq. Şirkət ABŞ hüdudlarından kənarda belə bir layihəni reallaşdırmaq planları barədə məlumat verməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.