DÜNYA


ABŞ-ın hava zərbələri nəticəsində Suriyada 11 terrorçu öldürülüb

Bakı, 9 fevral, AZƏRTAC 

ABŞ ordusuna məxsus hərbi təyyarələrin Suriyanın şimal-qərbindəki İdlib əyalətində “Əl-Qaidə” terror təşkilatına aid binaya endirdiyi hava zərbələri nəticəsində 11 terrorçu öldürülüb. Öldürülənlər arasında “Əl-Qaidə”nin liderlərindən olan Əbu Hani əl-Misri də var.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqonun) sözçüsü Ceff Deyvis yazılı açıqlama yayıb.

Əl-Misrinin Ayman əl-Zəvahiri və Usama bin Laden kimi “Əl-Qaidə” liderləri ilə sıx əlaqəsi olduğunun vurğulandığı açıqlamada qeyd edilib: “Əl-Misri minlərlə terrorçunun yetişdirilib dünyanın müxtəlif bölgələrinə göndərilməsində, 1980-ci və 1990-cı illərdə Əfqanıstanda bir sıra “Əl-Qaidə” düşərgələrinin yaradılmasında fəal rol oynayıb. O, ilk kamikadze hücumları təşkil edən terrorçu qrupların da yaradıcılarından biri olub”.

O, həmçinin Suriyada “Əl-Qaidə”yə qarşı hərbi əməliyyatların davam etdiriləcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.