DÜNYA


ABŞ-ın həftəlik xam neft ehtiyatları 2,5 milyon barrel artıb

A+ A

Bakı, 25 avqust, Nihad Budaqov, AZƏRTAC

ABŞ-ın həftəlik xam neft ehtiyatları 2,5 milyon barrel artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Bildirilir ki, ölkədə xam neft ehtiyatları keçən həftə əvvəlki həftəyə görə 2,5 milyon barrel (0,5 faiz) artaraq 523,6 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 0,5 milyon barrel azalacağı istiqamətində idi. Daha əvvəlki həftə ölkənin xam neft ehtiyatları 2,5 milyon barrel azalmışdı.

ABŞ-da strateji neft anbarlarının ehtiyatları isə dəyişməyərək ötən həftədə də 695,1 milyon barrel olub.

Keçən həftə ölkədə xam neft istehsalı əvvəlki həftəyə görə gündəlik orta hesabla 49 min barrel azalaraq 8,55 milyon barrelə düşüb. ABŞ-ın xam neft idxalı ötən həftədə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 449 min barrel artaraq 8,64 milyon barrelə çatıb.

ABŞ-ın həftəlik benzin ehtiyatları da keçən həftə 0,04 milyon barrel artaraq 232,7 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 1,17 milyon barrel azalacağı istiqamətində idi. Daha əvvəlki həftədə ölkənin benzin ehtiyatları 2,72 milyon barrel azalmışdı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.