DÜNYA


ABŞ-ın həftəlik xam neft ehtiyatları artıb

Bakı, 12 yanvar, Nihad Budaqov, AZƏRTAC

ABŞ-da həftəlik xam neft ehtiyatları 4,1 milyon barrel artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Ölkədə xam neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə keçən həftə 4,1 milyon barrel (0,9 faiz) artaraq 483,1 milyon barrelə çatıb. Bazar proqnozları ehtiyatların 1,2 milyon barrel artacağı istiqamətində idi. Əvvəlki həftə xam neft ehtiyatları 7,1 milyon barrel azalmışdı.

ABŞ-da strateji neft ehtiyatları isə dəyişməyərək sözügedən həftədə də 695,1 milyon barrel olub. Bu dövrdə ölkənin xam neft hasilatı əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 176 min barrel artımla 8,95 milyon barrelə yüksəlib.

Ölkənin xam neft idxalı sözügedən həftədə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 1,9 milyon barrel artaraq 9,05 milyon barrelə çatıb.

ABŞ-ın həftəlik benzin ehtiyatları hesabat həftəsində 5 milyon barrel (2,1 faiz) azalaraq 240,5 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,6 milyon barrel artacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 8,3 milyon barrel artmışdı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.