REGİONLAR
ABŞ-ın məşhur “Meri Mak Brayd” musiqi qrupu Qusarda
AZƏRTAC xəbər verir ki, Qusar Musiqi Məktəbində təqdim olunan konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Yerli gənclər qrupla birgə mahnılar oxuyub, rəqs ediblər.
“Meri Mak Brayd” qrupu bu vaxtadək 4 albom buraxıb. Qrupun 5-ci “Maybe I’m Dreaming” albomu isə bu il işıq üzü görəcək. Kantri və rok janrında oxuyan ifaçılar indiyədək Vyetnam, Əfqanıstan, Türkiyə, İraq, Pakistan və digər ölkələrdə qastrol səfərlərində olublar.
Qrupun Azərbaycana səfəri ABŞ Dövlət Departamentinin “Mədəniyyət elçiləri” proqramı çərçivəsində həyata keçirilir. Qrup ölkəmizdə ikinci dəfədir ki, çıxış edir.
Proqramın məqsədi amerikalılar və azərbaycanlılar arasında mədəniyyətlərarası anlaşmanı və dostluğu təbliğ etməkdir.
“Meri Mak Brayd” qrupunun ölkəmizə səfəri sentyabrın 24-dək davam edəcək.