ELM VƏ TƏHSİL
“ABŞ-ın müasir iqtisadiyyatı və onun inkişaf perspektivləri” dərs vəsaiti nəşr edilib
Bakı, 16 sentyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) dosenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru Şəfəq Abdullayevanın “ABŞ-ın müasir iqtisadiyyatı və onun inkişaf perspektivləri” adlı ilk dərs vəsaiti nəşr olunub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, dərslik “ABŞ iqtisadiyyatının yaranma tarixi və onun inkişaf mərhələləri”, “ABŞ iqtisadiyyatının və infrastrukturunun prioritetləri”, “ABŞ-ın bank, maliyyə-kredit sistemi və onun əsas istiqamətləri”, “ABŞ-ın xarici ticarəti və xarici iqtisadi əlaqələri” fəsillərindən ibarətdir.
Kitab iqtisadiyyat, dünya iqtisadiyyatı, ABŞ-ın iqtisadiyyatı və digər fənlərin tədrisində əyani, eyni zamanda, dərs vəsaiti kimi istifadə oluna bilər. Tədris-metodik vəsait bakalavr, magistr və doktorantlar, beynəlxalq iqtisadiyyat sahəsində çalışanlar, həmçinin Amerika iqtisadiyyatı ilə maraqlananlar üçün faydalıdır.
Bir sıra beynəlxalq konfransların iştirakçısı olan Şəfəq Abdullayeva xaricdə nəşr edilmiş onlarla elmi məqalənin və dərs proqramın müəllifidir.