İQTİSADİYYAT


ABŞ-ın neft istehsalçıları Rusiya və Səudiyyə Ərəbistanının bazar paylarına yiyələnəcəklər

Bakı, 26 may, Nihad Budaqov, AZƏRTAC 

ABŞ-ın neft istehsalçıları dünyanın ən böyük neft hasilatçısı Rusiyanın, eləcə də ən böyük ixracatçı olan Səudiyyə Ərəbistanının bazar paylarına yiyələnəcəklər.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın Strateji Enerji və İqtisadi Araşdırmalar Mərkəzinin (SEER) rəhbəri Mişel Laynç bu qənaətdədir.

“OPEC və Rusiyanın neft hasilatının səviyyəsini azaldacaqlarını açıqladıqları ötən il noyabrın 30-dan indiyədək ABŞ-ın xam neft istehsalını gündəlik orta hesabla 8,7 milyon barreldən 9,3 milyon barrelə yüksəlib, yəni təxminən 7 faiz artıb. ABŞ-ın xam neft istehsalının gələn il gündəlik orta hesabla 10 milyon barrelə çatdırılması nəzərdə tutulur. OPEC-in yenidən neftin qiymətinin ucuzlaşmasına icazə verərək ABŞ-dan gələcək əlavə neft həcmlərini idarə etmək şansı yarı-yarıyadır”, - deyə o bildirib.

Mişel Laynç deyib ki, Çinin iqtisadiyyatındakı ləngimə qlobal neft tələbatına mənfi təsir göstərəcək. Venesuelada hasilatın azalması isə qiymətə müsbət təsir göstərə bilər. Neftin qiymətinin dünən kəskin azalmasına baxmayaraq, bu vəziyyət uzun müddət davam etməyəcək.

Xatırladaq ki, Vyanada OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində kartelə üzv və qeyri-OPEC ölkələrinin neft hasilatının azaldılmasına dair sazişin müddətini 2018-ci ilin birinci rübünün sonunadək uzadılmasına qərar verməsindən sonra dünən neftin qiyməti 5 faizədək ucuzlaşıb. Belə ki, “Layt” markalı xam neftin bir barrelinin qiyməti təxminən 4,8 faiz, “Brent” neftinin barrel qiyməti isə 4 faizdən çox ucuzlaşaraq martın 8-dən indiyədək ən böyük azalma göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.