DÜNYA


ABŞ-ın neft-kimya nəhəngi “UOP” İrana investisiya yatırmaq istəyir

A+ A

Bakı, 26 oktyabr, Nihad Budaqov, AZƏRTAC

ABŞ-ın neft-kimya nəhəngi “UOP” İrana investisiya yatırmaq istəyir.

AZƏRTAC “Mehrnews”a istinadla xəbər verir ki, Neft Kimya Şirkətləri Dərnəyi (APIC) İranın neft-kimya sektorunun nümayəndələri ilə ABŞ və Avropanın üç böyük neft-kimya şirkəti arasında müzakirələrin başladığını açıqlayıb. Müzakirələr əsasən yeni polimer zavodlarının inşası, informasiya texnologiyaları mübadiləsi və yeni neft-kimya müəssisələri üçün lisenziyanın verilməsi məsələlərini əhatə edir.

İranın neft-kimya sənayesinin səlahiyyətliləri ilə Fransanın “Total” və “Air liquide” şirkətləri, eləcə də ABŞ-ın “UOP” şirkəti arasında danışıqlar aparılır. “UOP”la müzakirələrdə əsas məsələ neft-kimya sənayesi üzrə, xüsusilə də metanol, propan, propilen məhsulları istehsalı sahəsində müasir texnologiyanın tətbiqidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.