DÜNYA
ABŞ-ın şərqinə son 100 ilin ən güclü qar fırtınası yaxınlaşır VİDEO
Bakı, 22 yanvar, AZƏRTAC
Yerli KİV-lərin məlumatına əsasən, ABŞ-ın şərq sahilinə yaxınlaşan qar fırtınası səbəbi ilə mindən çox aviasiya reysi ləğv olunub, həmçinin Vaşinqtonun bütün nəqliyyat sisteminin bağlanması planlaşdırılır.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ paytaxtında və onun ətrafında 100 ilin ən güclü qar fırtınası gözlənilir. Bununla əlaqədar Vaşinqton rəhbərliyi fövqəladə vəziyyət rejimi elan edib, habelə dəmir yol əlaqəsinin və avtobus daşımalarının dayandırılması barədə göstəriş verib.
Buz yağışı və sahilyanı subasmalarla müşayiət olunacaq güclü qar fırtınasının azı 15 ştatın ərazisindən keçməsi gözlənilir.
Fövqəladə vəziyyət rejimi, Vaşinqtonla yanaşı, Corciya, Pensilvaniya, Tennessi, Merilend, Virciniya və Şimali Karolina ştatlarında da tətbiq edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:37]
Çin kosmosa yeni astronavtlar göndərir
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]