İQTİSADİYYAT


ABŞ-ın ticarət missiyası Azərbaycana səfər edəcək

A+ A

Bakı, 30 avqust, AZƏRTAC

ABŞ-ın ticarət missiyası sentyabrın 15-16-da Azərbaycanda səfərdə olacaq.

AZƏRTAC Amerika-Azərbaycan Ticarət Palatasının rəsmi saytına (USACC) istinadla xəbər verir ki, ticarət missiyası kiçik və yerli biznesin inkişafı departamentinin (Exportdc) dəstəyi ilə təşkil olunub.

Missiyanın tərkibinə ixtisaslaşmış kiçik və orta Amerika şirkətləri, o cümlədən "Yaşıl maliyyə", strateji və məsləhət xidmətləri, satış və marketinq avtomatlaşdırma xidmətləri, landşaft memarlığı, planlaşdırma və şəhər dizayn xidmətləri, konsaltinq infrastruktur layihələri, informasiya texnologiyaları, dizayn və proqram hazırlanması, müdafiə məhsulları və xidmətləri, mülki mühəndislik, geodeziya və landşaft memarlığı, səhiyyə, təhsil konsaltinq xidmətləri və s. daxildir. Missiyada "Browne and Associates", "Cube84", "Symbiosis DC", "Synergetic Information Systems", "C.L. Russell Group", "Zura Consulting", "West Coast Connections" şirkətləri də yer alacaq.

Səfər çərçivəsində ticarət missiyası bir sıra görüşlər keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.