DÜNYA


ABŞ-ın xam neft ehtiyatları 2,4 milyon barrel artıb

A+ A

Bakı, 10 noyabr, Nihad Budaqov, AZƏRTAC 

ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində əvvəlki həftə ilə müqayisədə 2,4 milyon barrel (0,5 faiz) artaraq 485 milyon barrelə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb.

Bazar proqnozları isə ehtiyatların 1,3 milyon barrel artacağı istiqamətində idi.

Həmin dövrdə ABŞ-ın xam neft istehsalı əvvəlki həftəyə görə gündəlik orta hesabla 170 min barrel artaraq 8,69 milyon barrelə çatıb. Ötən həftə ölkənin xam neft idxalı əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 1,55 milyon barrel azalaraq 7,44 milyon barrelə enib.

ABŞ-ın strateji neft ehtiyatları isə dəyişməyərək ötən hesabat həftəsində də 695,1 milyon barrel təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.