DÜNYA


ABŞ-ın xam neft ehtiyatları azalıb

Bakı, 4 avqust, Nihad Budaqov, AZƏRTAC

ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 1,5 milyon barrel (0,3 faiz) azalaraq 481,9 milyon barrelə enib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, bazar proqnozları isə ehtiyatların 3 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə xam neft ehtiyatları 7,2 milyon barrel azalmışdı. Beləliklə də, ABŞ-ın xam neft ehtiyatları son 17 həftənin 14-də azalıb.

Ölkənin strateji neft ehtiyatları isə ötən həftə dəyişməyərək 678,9 milyon barrel səviyyəsində qalıb. ABŞ-ın həftəlik benzin ehtiyatları da sözügedən həftədə 2,5 milyon barrel (1,1 faiz) azalaraq 227,7 milyon barrelə enib. Bazar proqnozları isə 0,6 milyon barrel azalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1 milyon barrel azalmışdı.

Bu dövrdə ölkənin xam neft istehsalı isə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 20 min barrel azalaraq 9,43 milyon barrelə enib. Beləliklə, ABŞ-ın xam neft hasilatı son 24 həftənin 20-də artıb.

Ölkənin xam neft idxalı sözügedən həftə, əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 209 min barrel artaraq 8,25 milyon barrelə çatıb. Xam neft ixracı isə gündəlik orta hesabla 328 min barrel azalaraq 702 milyon barrelə enib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.