İQTİSADİYYAT


ABŞ-ın xam neft ehtiyatları kəskin azalıb

Bakı, 10 avqust, Nihad Budaqov, AZƏRTAC

ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 6,5 milyon barrel (1,3 faiz) azalaraq 475,4 milyon barrelə enib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, bazar proqnozları isə ehtiyatların 2,7 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə xam neft ehtiyatları 1,5 milyon barrel azalmışdı. Beləliklə də, ABŞ-ın xam neft ehtiyatları son 18 həftənin 15-də azalıb.

Ölkənin strateji neft ehtiyatları isə ötən həftə dəyişməyərək 678,9 milyon barrel səviyyəsində qalıb. ABŞ-ın həftəlik benzin ehtiyatları da sözügedən həftədə 3,4 milyon barrel (1,5 faiz) azalaraq 231,7 milyon barrelə enib. Bazar proqnozları isə 1,4 milyon barrel azalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 2,5 milyon barrel azalmışdı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.