DÜNYA


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın növbəti kadr təyinatları

A+ A

Bakı, 19 noyabr, AZƏRTAC

ABŞ-ın yeni seçilmiş prezidenti respublikaçı Donald Tramp kadrlarla bağlı bir sıra qərarlar verib. Bu qərarlar milli təhlükəsizliyin təminatına cavabdehlik daşıyan hökumət blokuna aiddir.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Tramp ədliyyə naziri və baş prokuror postuna 69 yaşlı Ceff Seşnsın namizədliyini irəli sürüb. O, hazırda ABŞ-ın Konqres Senatının Alabama ştatından olan üzvüdür. Ədliyyə Nazirliyinin başçısı formal olaraq Federal Təhqiqatlar Bürosunun fəaliyyətini də koordinasiya edir. Seçki kampaniyasının gedişində Trampa dəstək verən Seşns, əsasən qanunsuz mühacirlərə qarşı sərt mövqeyi ilə tanınır.

Tramp 52 yaşlı konqresmen Maykl Pompeonu Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsində görmək istəyir. Pompeo “çay partiyası adlanan” respublikaçıların kəskin mühafizəkar qanadına mənsubdur. Seşns və Pompeonun namizədliyi bundan sonra Amerika Senatı tərəfindən təsdiq edilməlidir. İstefada olan general-leytenant Maykl Flinn isə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi olub.

Donald Tramp noyabrın 19-da bir sıra görüşlər keçirəcək. Onun prezident postuna keçmiş respublikaçı namizəd Mitt Romniyə dövlət katibi postunu təklif edəcəyi gözlənilir.

Qeyd edək ki, Amerikanın yeni administrasiyası gələn ilin yanvar ayında Trampın inauqurasiyasından sonra işə başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.