SİYASƏT
ABŞ konqresmeni Donald Peyn Xocalı faciəsi ilə bağlı bəyanatla çıxış edib
Vaşinqton, 28 fevral, AZƏRTAC
ABŞ-ın Nyu-Cersi ştatından olan konqresmen Donald Peyn Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar ABŞ Konqresində bəyanatla çıxış edib. O, Azərbaycan torpağı olan Xocalıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 613 nəfərin qətlə yetirildiyini bildirib. Donald Peyn bəyanatında Konqresin digər üzvlərini də Xocalıda törədilmiş dəhşətli qətliamı tanımağa çağırıb.
Konqresmen Peyn Azərbaycanın strateji baxımdan əhəmiyyətli bölgədə ABŞ-ın güclü müttəfiqi olduğunu da vurğulayıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton