İDMAN


ABŞ millisi baş məşqçisiz qalıb

A+ A

Bakı, 22 noyabr, AZƏRTAC

Futbol üzrə ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmann istefaya göndərilib.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin futbol federasiyasının prezidenti Sunil Qulati açıqlama verib. Federasiya rəsmisi bildirib ki, yaxın günlərdə posta yeni təyin ediləcək baş məşqçinin kimliyinə aydınlıq gətiriləcək.

Almaniyalı mütəxəssisin göndərilməsinə amerikalıların 2018-ci il dünya çempionatının seçmə mərhələsinə uğursuz start vermələri səbəb olub. Keçirdiyi hər iki görüşdə məğlub olan ABŞ millisi qrupda sonuncu pillədə qərarlaşıb.

Klinsmannın istefaya göndərilməsi ilə ABŞ millisində məsləhətçi işləyən, millimizin sabiq baş məşqçisi Berti Foqtsun da fəaliyyəti başa çatıb.

Qeyd edək ki, məşqçilik karyerasına 2004-cü ildə başlayan Klinsmann 2011-ci ildən ABŞ yığmasını çalışdırırdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.