DÜNYA


ABŞ polisi pnevmatik tapança ilə silahlanmış 13 yaşlı uşağı güllələyib

A+ A

Bakı, 15 sentyabr, AZƏRTAC

ABŞ-ın Ohayo ştatında silahlı qarət çağırışı ilə hadisə yerinə gələn polis pnevmatik tapança ilə silahlanmış 13 yaşlı uşağı güllələyib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, insident sentyabrın 14-də axşam saatlarında Kolumbus şəhərində baş verib.

Zabitlərdən birinin ifadəsinə görə, polislər qarətçilərin əlamətlərinə uyğun gələn gənclərin ifadəsini almaq istəyiblər. Lakin onlar polis əməkdaşlarını gördükdə qaçmağa başlayıb. Polis gəncləri təqib edən zaman şübhəli şəxslərdən biri kəmərindən tapança çıxarıb və bundan sonra qanun keşikçiləri ona bir neçə dəfə atəş açıb.

Tayri Kinq adlı uşaq xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Sonradan məlum olub ki, gəncin əlindəki silah lazer nişangaha malik pnevmatik tapança imiş.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.