DÜNYA


ABŞ prezidenti postuna namizədlərin final teledebatının mövzusu açıqlanıb

A+ A

Bakı, 13 oktyabr, AZƏRTAC

ABŞ prezidenti postuna namizədlər Donald Tramp və Hillari Klinton arasında keçiriləcək final teledebatının moderatoru “Fox News” telekanalının aparıcısı Kris Uolles toxunmağa hazırlaşdığı mövzuları elan edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, telekanalın efirində yayımlanan informasiyaya əsasən, teledebatda hüquqi borc və normalar, miqrasiya, iqtisadiyyat, ali məhkəmə, xarici ölkələrdə qaynar nöqtələr, prezident olmağa layiqlik barədə mövzular müzakirə olunacaq.

Teledebatlar oktyabrın 19-da axşam saatlarında Las-Veqas şəhərində keçiriləcək.

Bir qədər əvvəl Amerika KİV-ləri əvvəlki debatlarda moderatorların Donald Trampın sözünü kəsməsini və hətta onunla mübahisəyə girməsini vurğulayıb. Trampın özü isə bu vəziyyəti bir nəfərin üç nəfərə qarşı mübarizəsi adlandırıb.

ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək. Teledebatlar seriyası tarazlığın namizədlərdən birinin xeyrinə dəyişməsi üçün əsas alət hesab edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.