SİYASƏT


ABŞ rəsmisi: Birləşmiş Ştatlar Azərbaycan ilə əməkdaşlığın davam etdirilməsinə sadiqdir

A+ A

Bakı, 22 noyabr, AZƏRTAC

ABŞ-ın Azərbaycan ilə əməkdaşlığının davam etdirilməsinə sadiqliyini bir daha bəyan edirik.

AZƏRTAC xəbər verir ki, bu fikri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bridcet Brink Azərbaycana səfərinin yekunları ilə bağlı noyabrın 22-də keçirdiyi brifinqdə söyləyib. O deyib ki, ABŞ müstəqil, sabit, demokratik, inkişaf edən Azərbaycan ilə əməkdaşlığı davam etdirəcək.

Dövlət Departamentinin rəsmisi Azərbaycanda keçirdiyi görüşlərdə ikitərəfli əlaqələri daha da inkişaf etdirməyin yollarının müzakirə olunduğunu qeyd edib. Bildirib ki, görüşlərdə terrorla və transmilli cinayətkarlıqla mübarizə, təhlükəsizlik, habelə iqtisadi əlaqələr, energetika məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın bu sahədə əldə etdiyi uğurların və ölkədə həyata keçirilən iqtisadi islahatların da müzakirə olunduğunu vurğulayan B.Brink ABŞ-ın Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu yüksək qiymətləndirdiyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.