REGİONLAR


ABŞ səfiri İsmayıllıda olub

A+ A

İsmayıllı, 25 avqust, AZƏRTAC 

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta avqustun 25-də tanışlıq məqsədilə İsmayıllı rayonuna səfər edib.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayevlə keçirilən görüşdə qonaq İsmayıllının iqtisadiyyatı, sənayesi, coğrafiyası, milli tərkibi və tarixi barədə məlumatlandırılıb.

Sonra səfir “Turizm bazarı”na gəlib. Səfirliyin təhsil məsələləri üzrə müşaviri Emmi Peterson “Sülh korpusu”nun könüllüsü olduğu zaman kirayədə qaldığı evin sahibi Pərviz Məmmədli ilə görüşüb.

Daha sonra səfir Robert Sekuta İvanovkaya gedərək, malakanlarla ünsiyyətdə olub. ABŞ səfirinə kənd sakinlərinin adət-ənənələri, müsəlman qonşuları ilə sülh və əmin-amanlıq, mehriban qonşuluq şəraitində birgə yaşamaları barədə ətraflı məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.