ELM VƏ TƏHSİL
ABŞ səfirliyinin mətbuat katibi Bakı Dövlət Universitetində mühazirə oxuyub
Bakı, 23 dekabr, AZƏRTAC
ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Rey Neyler Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin tələbələrinə mühazirə oxuyub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, səfirlik tərəfindən ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlərdən danışan R.Neyler mətbuat xidmətinin səmərəli fəaliyyət göstərməsi, xəbərlərin doğru-düzgün təqdim edilməsi və yayılması barədə fikirlərini bölüşüb.
Səfirliyin media ilə əlaqələrindən və sosial şəbəkələrdəki fəaliyyətindən bəhs edən mətbuat katibi tələbələrin peşəkar jurnalist kimi yetişmələri ilə bağlı tövsiyələrini verib.