DÜNYA


ABŞ silahlı qüvvələri Okinava prefekturasında  yeni uçuş-enmə meydançalarından istifadə edəcək

Tokio, 19 iyun, AZƏRTAC 

ABŞ silahlı qüvvələri Okinava prefekturasında helikopterlər üçün dörd yeni uçuş-enmə meydançasından istifadə edəcəyi barədə Yaponiya hökumətini xəbərdar edib. Yaxınlıqda yaşayan sakinlər hərbi texnikanın səs-küyündən və qəza təhlükəsindən narahatlıqlarını bildiriblər.

Həmin meydançalar Yaponiyanın nəzarətinə qaytarılan torpaqların əvəzi olaraq ABŞ silahlı qüvvələrinin şimal poliqonunda inşa edilib. Onlardan ABŞ-a məxsus “Osprey” nəqliyyat konvertoplanları və digər helikopterlər üçün istifadə ediləcək.

NHK telekanalının Yaponiya Müdafiə Nazirliyinə yaxın mənbələrə istinadla yaydığı məlumata görə, ABŞ silahlı qüvvələri Yaponiya tərəfini həmin meydançalardan iyunun sonundan başlayaraq istifadə edəcəyi barədə xəbərdar edib. Buradakı digər iki meydançadan artıq istifadə olunur.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.