DÜNYA


ABŞ və Cənubi Koreya ballistik raketlərin təlim buraxılışını həyata keçiriblər

Bakı, 29 iyul, AZƏRTAC

ABŞ və Cənubi Koreya Şimali Koreyanın növbəti raket buraxılışına cavab olaraq ballistik raketlərin təlim buraxılışını həyata keçiriblər.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, təlim buraxılışında Cənubi Koreyanın “Xenmu-2” və ABŞ-ın ATACMS raketləri istifadə olunub.

Xatırladaq ki, Şimali Koreya növbəti ballistik raket buraxılışını həyata keçirib. Raket Caqando vilayəti rayonundan Yapon dənizi istiqamətində buraxılıb. Yaponiya Nazirlər Kabinetinin baş katibi Yesixide Suqa Şimali Koreyanın bu addımının BMT Təhlükəsizlik Şurasının qətnaməsinin açıq şəkildə pozulması kimi dəyərləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.