DÜNYA


ABŞ və Meksika sakinləri dünyanın ən kök insanlarıdır

Bakı, 22 may, AZƏRTAC

Dünya əhalisinin yetkin insanlarının 19,5 faizi köklükdən əziyyət çəkir. Bu fakt İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının yeni məlumatında əksini tapıb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, köklük cəhətdən dünyanın ən problemli ölkəsi ABŞ sayılır. Burada 15 yaşından yuxarı əhalinin 38,2 faizində piylənmə diaqnozu qeydə alınıb. Analitiklərin proqnozuna görə, 2030-cu ilə qədər bu göstərici 47 faizə çatacaq.

Reytinqin ikinci pilləsində vətəndaşlarının 32,4 faizinin artıq çəkidən əziyyət çəkdiyi Meksika qərarlaşıb. Siyahıda sonrakı yerləri Yeni Zelandiya, Macarıstan, Avstraliya və Böyük Britaniya tutur.

Çəki göstəricisinə görə ən sağlam ölkə isə Yaponiyadır. Burada yetkin insanların cəmi 3,7 faizi piylənmə ilə üzləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.